Gəncədə minik maşını beton piltəyə çırpılıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin girişində baş verib. Belə ki, Goranboy rayonunun Dəliməmmədli şəhər sakini, 1999-cu il təvəllüdlü Röyal Əliyevin idarə etdiyi Opel markalı minik avtomobili yol kənarındakı beton piltəyə çırpılıb. Nəticədə, sürücü və onun sərnişini, rayonunun Düzqışlaq kənd sakini, 1996-cı il təvəllüdlü Xudayət Xəlilov xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov