Əhmədabad-London reysini yerinə yetirın "Air India" təyyarəsinin qəzaya uğraması nəticəsində indiyədək 100-dən çox cəsəd çıxarılıb. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Təyyarənin göyərtəsində olan 244 nəfərdən biri Qucaratın keçmiş baş naziri Vijay Rupani olub. Keçmiş baş nazirin ölüsü hələ tapılmayıb. Rupaninin qızı ilə görüşmək üçün Londona getdiyi bildirilir. Qeyd edək ki, Vijay Rupani 2016-2021-ci illərdə Qucaratın baş naziri olub

Təyyarədə 230 böyük və iki yeni doğulmuş uşaq olmaqla ümumilikdə 232 sərnişin olub. Onlardan 169-u Hindistan, 53-ü Britaniya, 7-i Portuqaliya və 1 Kanada vətəndaşı idi. Təyyarədə həmçinin 12 ekipaj üzvü olub. 23 nömrəli uçuş-eniş zolağından qalxdıqdan dərhal sonra pilot qəza siqnalı verib. Bundan dərhal sonra hava gəmisi qəzaya uğrayıb. 

Təyyarə hava limanına çox yaxın olan yaşayış massivinə çırpılıb. 

Mülki Aviasiya Nazirliyində fövqəladə iclasdan sonra Baş nazir Narendra Modi, Mülki Aviasiya Naziri Ram Mohan Naidu və Birlik Daxili İşlər Naziri Amit Şah Əhmədabada yola düşüb. 

Rəsmilər hələlik qəzanın səbəbini təsdiqləməyib.

Ağarza Elçinoğlu