“Air India” aviaşirkətinə məxsus Boeing 787 Dreamliner təyyarəsinin Əhmədabad hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində 290-dan çox insan həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Hindistan polisi məlumat yayıb.
Qeyd edək ki, Londona uçan təyyarənin göyərtəsində 242 nəfər olub. Uçuşdan qısa müddət sonra təyyarə qəzaya uğrayıb. Layner hava limanının yaxınlığında yerləşən tibb yataqxanasına düşüb. Təxminən 50 nəfər hadisə yerində ölüb.