“Spartak”ın keçmiş yarımmüdafiəçisi Kvinsi Promes Dubayda həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə futbolçunun vəkili bildirib. Onun sözlərinə görə, Promes Niderlanda ekstradisiya olunacaq.
Futbolçu istintaq təcridxanasına göndərilib. Onu təyyarə ilə Amsterdama Niderland Kral Məhkəməsinin nümayəndələri çatdıracaq. Orada Promesi 7,5 il həbs cəzası gözləyir. Futbolçu bir ton yarım kokain qaçaqmalçılığına görə 6 il, əmisi oğluna hücuma görə 1,5 il həbs olunacaq.