ABŞ "Air India" aviaşirkətinə məxsus Boeing 787 Dreamliner təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Hindistana yardım təklif edib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

ABŞ lideri təyyarə qəzasını aviasiya tarixinin ən pis hadisələrindən biri adlandırıb. Onun sözlərinə görə, o, Nyu-Dehliyə bildirib ki, Vaşinqton əlindən gələn hər şeyi etməyə hazırdır.

"Bu, böyük ölkədir, güclü ölkədir, onlar bunun öhdəsindən gələcəklər, əminəm. Mən onlara başa saldım ki, əgər bizim edə biləcəyimiz bir iş varsa, dərhal ora gedəcəyik", - ABŞ dövlət başçısı qeyd edib.

Trampın Hindistana bir-iki məsləhət də verdiyini də söyləyib.

"Təyyarəni gördük. Deyəsən, o, kifayət qədər normal uçurdu. Deyəsən, partlayış baş verməyib. Sadəcə olaraq, mühərriklərin gücünü itirib", - deyə Tramp bildirib.