Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Asel Janasovanı özünə müşavir təyin edib.

"Unikal" xəbər verir ki, 37 yaşlı Janasova Kembric və Lomonosov adına Moskva Dövlət Universitetinin məzunudur.

2022-ci ilin payızından o, “Kazpost” milli şirkətinə rəhbərlik edib, bundan əvvəl ticarət və inteqrasiya nazirinin müavini, Astana Beynəlxalq Maliyyə Mərkəzinin idarəedici direktoru vəzifələrində çalışıb.