Spotify, Google, Snapchat və Discord-un işində problem yaranıb. 

"Unikal" xəbər verir ki, bu barədə Downdetector xidməti məlumat yayıb. Problem bütün dünyada müşahidə olunub.

"Spotify"dan 46 min dəfədən çox narazılıq olub, onların əksəriyyəti (74%) tətbiqin zəif işləməsi ilə bağlıdır. "Google"xidmətləri ilə bağlı problemlər 14 min dəfədən çox, "Google Meet"də 8,6 min, "Google"un özündə isə 10,5 min dəfə qeydə alınıb. Daha 11 min nəfər "Discord"dakı uğursuzluqlardan, 6 min nəfər "Amazon"dan və 5,3 min nəfər "Snapchat"dan şikayət edib.

Bütün dünyada istifadəçilər digər xidmətlərdən, o cümlədən Pokemon TCG, Cloudflare, Etsy, Box, OpenAI, YouTube və digər proqramlardan da şikayətləniblər.