Hindistanda qəzaya uğrayan təyyarədən sağ çıxan yeganə şəxs təcili yardıma təkbaşına çata bilib.
"Unikal" xəbər verir ki, sağ qalan sərnişin Hindistan əsilli 40 yaşlı Britaniya vətəndaşı Rameş Visvaşkumardır.
"Ətrafımda cəsədlər var idi. Qorxdum. Ayağa qalxdım və qaçdım. Hər yerdə təyyarə qalıqları var idi" deyə Rameş açıqlamasında bildirib.
O, biznes sektorunun arxasında, ekonom sinifin birinci cərgəsinin pəncərə oturacağı olan 11A oturacaqda olub. Özünün dediyi kimi, havaya qalxdıqdan 30 saniyə sonra o, yüksək səs eşidib. Bundan sonra təyyarə sürətlə enməyə başlayıb.O, hələ də itkin düşmüş qardaşı ilə uçurmuş.
Boeing 787-8 Dreamliner-in göyərtəsində 242 nəfər olub. Təyyarə tibb kollecinin yataqxanasına çırpılıb. Hindistanın daxili işlər naziri Amit Şah bildirib ki, təyyarədə demək olar ki, 125 min litr yanacaq olub. Bu səbəbdən heç kimi xilas etmək mümkün olmayıb.
Ölənlərin sayının 310-a çatdığı bildirilir.