Yardımlıda traktor aşıb.

"Unikal" xəbər verir ki, Yardımlı rayon Urakəran kəndində yaşayan Qəliyev Yaqub Rafiq oğlu idarə etdiyi “Belarus” markalı, 65-T-211 dövlət qeydiyyat nişanlı traktoru qoşqu ilə birlikdə aşırıb.

Nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yardımlı rayon prokurorluğunda araşdırma aparılır.