Masallıda piyada ölüb.

"Unikal"ın məlumatına görə, hadisə Ələt-Astara magistralının 131 km-də Masallı rayonu ərazisində keçən hissəsində qeydə alınıb. Lerik rayon Pirasora kənd sakini 1959-cu il təvəllüdlü Teyyub Balağa oğlu Bağırov idarə etdiyi "Nissan" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu əks istiqamətə keçmək istəyən piyadanı vurub. Piyada 1997-ci il təvəllüdlü Mustafayev Elçin Zakir oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub.

Hazırda piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev