Mingəçevirdə zəncirvari yol qəzası baş verib, yaralananlar var.

"Unikal"ın  məlumatına görə, hadisə Təbriz küçəsində baş verib. Yol-nəqliyyat hadisəsi zamanı “Mercedes”, "Hyundai” və “BMW” markalı avtomobillər toqquşub. Nəticədə "Mercedes"in sürücüsü 2000-ci il təvəllüdlü Kənan Nəsirli və "Hyundai"nin sürücüsü, 1985-ci il təvəllüdlü Zamiq İsmayılov xəsarət alıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov