Zaqatalada 36 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqataıa rayonu Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, piyada 36 yaşlı Zürab Nuriyev yolu keçmək istəyən zaman onu minik avtomobili burub. Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Z. Nuriyev hadisə yerində dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli