İranın 60%-ə qədər zənginləşdirilmiş uran istehsal etdiyi yerüstü zavod məhv edilib.
"Unikal" xəbər verir ki, bunu MAQATE rəhbəri Rafael Qrossi deyib.
Qrossinin sözlərinə görə, Natanzdakı yeraltı sexlərə hücum əlaməti yoxdur, lakin enerji təchizatı obyektlərinə zərbələr sentrifuqalara zərər verə bilərdi.
"İranın Natanz şəhərindəki nüvə obyektlərinin içərisində radioloji və kimyəvi çirklənmə aşkar edilib", - Qrossi bildirib.