İrandan təxliyə olunan Rusiya vətəndaşlarının olduğu ilk avtobus Astara sərhəd-gömrük məntəqəsindən keçib.

"Unikal" xəbər verir ki, bu barədə TASS agentliyi Rusiyanın Bakıdakı Səfirliyinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, İrandan təxliyə edilməsi nəzərdə tutulan 88 nəfərdən 56-sı artıq Azərbaycan ərazisindədir.

Təxliyə olunan Rusiya vətəndaşları arasında ölkənin Xalq artisti və rejissor Fyodr Bondarçuk da var.