Dünən gecədən bəri İran İsrailə 200 ballistik raket atıb.
"Unikal" xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Bildirilib ki, raketlərin əksəriyyəti hava hücumundan müdafiə vasitələri ilə zərərsizləşdirilib.
o da qeyd edilib ki, az sayda raket hava hücumundan müdafiə sistemlərini keçərək İsrailin mərkəzində yerləşən Tel-Əviv, Ramat Qan və Rişon Lezion kimi yaşayış məntəqələrinə düşüb, nəticədə insan tələfatı və dağıntılar baş verib.