Bakı-Qazax yolunun 171-ci kilometrində Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, "VAZ-2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolun kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə zamanı nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb.

Seymur Əli