İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Avner Netanyahunun toyu müharibə səbəbilə təxirə salınıb.
"Unikal" xəbər verir ki, bu barədə İsrail mətbuatı yazıb.
Qeyd olunub ki, qonaqlara bu barədə məlumat verilib.
İsrailin İrana qarşı müharibəyə başlamaq qərarı və cavab qorxusu səbəbindən toyun planlaşdırıldığı kimi baş tutub-tutmayacağı qeyri-müəyyən idi. Daha əvvəl İsrailin daxili cəbhəsində xüsusi fövqəladə vəziyyət elan edilmişdi və Daxili Cəbhə Komandanlığı toplantıları qadağan etdi. Bu, digər şeylərlə yanaşı, tamaşaların, kütləvi tədbirlərin ləğvinə və bütün ölkə daxilində təhsil sistemində dərslərin ləğvinə səbəb oldu.
Nişanlı cütlük növbəti bazar ertəsi evlənməli idi.
Ağarza Elçinoğlu