Zaqatalada motosiklet aşıb, ölən var

"Unikal" xəbər verir ki, ötən gün axşam saatlarında  Zaqatala rayonunun Mosul kəndi ərazisində motosiklet idarəetmədən cıxaraq aşıb. Nəticədə sürücü, 1958-ci il təvəllüdlü Osman Orucov agır bədən xəsarətləri ilə Zaqtala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, göstərilən tibbi yardımlara baxmayaraq  gecə saatlarında dünyasını dəyişib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət başlanılıb, istintaq aparılır.

Seymur Əli