Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası siyasətçinin 5500 avro dəyərində xarici brend ayaqqabı geyinməsini təkzib edir.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Departamenti yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi bildirib.

Mərkəz prezidentin bahalı ayaqqabıları ilə bağlı xəbəri “dezinformasiya məhsulu” adlandırıb.

Ərdoğanın administrasiyası bildirib ki, Türkiyə lideri yerli istehsalçıdan ayaqqabı geyinir.

“Ona görə də ayaqqabıların nə elan olunmuş brendə, nə də qiymətə heç bir aidiyyatı yoxdur”, - deyə məlumatda bildirilir.