Tatarıstanda pilotsuz təyyarənin hücumu nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə respublika rəhbəri Rüstəm Minnixanov bildirib.

O qeyd edib ki, bir nəfərin vəziyyəti ağırdır. PUA zavodun nəzarət-buraxılış məntəqəsinə düşüb,

"Bu gün Tatarıstan Respublikası ərazisində Ukraynanın pilotsuz uçan aparatlarının növbəti hücumu həyata keçirilib. Pilotsuz uçan aparat zərərsizləşdirilərkən qurğunun qalıqları Yelabuqa rayonundakı avtomobil zavodunun nəzarət-buraxılış məntəqəsinin binasına düşüb. Nəticədə bir fəhlə ölüb. Ümumilikdə 13 nəfər yaralanıb. Birinin vəziyyəti ağırdır. Hamıya dərhal lazımi tibbi yardım göstərilib", - deyə Minnixanov qeyd edib. 

O əlavə edib ki, hadisə yerində yanğın baş verib və o, müvafiq xidmətlər tərəfindən tez bir zamanda söndürülüb.