İsrailə qarşı qabaqcıl silahlarla hücumlar başlayıb.
"Unikal" xəbər verir ki, bunu İran İslam Respublikasının quru qoşunlarının komandanı Kiumərs Heydəri açıqlayıb.
"Silahlı qüvvələrin, xüsusilə də ordunun quru qüvvələrinin İsrailə qarşı yeni və təkmil silahlarla yeni şiddətli hücum dalğası başlayıb. Hücumlar yaxın saatlarda daha da güclənəcək", - deyə general qeyd edib.
Ağarza Elçinoğlu