Ruslan Kravçenko Ukraynanın baş prokuroru vəzifəsinə təyin olunub. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat dərc edib. 

Bundan əvvəl Ukrayna prezidenti  Volodimir Zelenski Ruslan Kravçenkonun baş prokuror vəzifəsinə təyin edilməsi təklifini Ali Radaya təqdim edib. Daha sonra parlament 35 yaşlı Ruslan Kravçenkonu baş prokuror təyin edib.

Xatırladaq ki, Ruslan Kravçenko Ukrayna Dövlət Vergi Xidmətinə rəhbərlik edib. 

Gülayə Mecid