Ermənistan Daxili İşlər Nazirliyinin kriminal polis bölməsi “Taşir” Şirkətlər Qrupunun rəhbəri, rusiyalı biznesmen Samvel Karapetyanın evində axtarış aparır.
"Unikal" Ermənistan mediasına istinadən xəbər verir ki, Karapetyanın evinin yaxınlığındakı avtomobillər evakuasiya edilib. Vəkil şərh verməkdən imtina edib.
Ermənistan DİN həyata keçirilən tədbirlər nəticəsində saxlanılanların olduğunu bildirib. Erməni mediası saxlanılanlar arasında Samvel Karapetyanın özünün də olduğunu iddia edir.
Bütün bunlar Samvel Karapetyanın erməni apostol kilsəsini müdafiə edən bəyanatından dərhal sonra baş verib.