Kanada hökuməti Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Şkrebnevanı sanksiyalar siyahısına əlavə edib.
"Unikal" xəbər verir ki, bu barədə Kanada hökumətinin saytında dərc olunan sənədlərdə deyilir.
Sənədlərdə göstərilir ki, əvvəllər Putina və Şkrebneva (qızlıq soyadı) soyadlarını daşıyan Lyudmila Aleksandrovna Oçeretnayaya qarşı məhdudiyyətlər tətbiq olunur. O, 1983-2013-cü illərdə Rusiya prezidenti ilə evli olub. Onun indiki əri Artur Oçeretnı da sanksiya siyahısına salınıb.
Bundan başqa, siyahılarda prezidentin uzaq qohumları Mixail Putin və Mixail Şelomov da var.
Kanada Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin (1991-1999) qızı Tatyana Yumaşevanı da sanksiyalar siyahısına əlavə edib. Siyahıda onun üçüncü əri Valentin Yumaşev də var idi.