İraq ölkənin hava məkanında mülki aviasiya uçuşlarına qoyulan qadağanı daha bir gün uzadıb.
"Unikal" xəbər verir ki, bu barədə Bağdad Uçuş İnformasiya Bölgəsinə nəzarət xidməti məlumat yayıb.
"Hava məkanı cümə axşamı, iyunun 19-u 00:00-a qədər bağlı olacaq", - məlumatda deyilir. Bundan əvvəl ölkə üzərində uçuşların iyunun 18-də bərpa ediləcəyi bildirilirdi.