BMT Təhlükəsizlik Şurası iyunun 20-də İran və İsrail arasında münaqişənin gərginləşməsi ilə bağlı iclas keçirəcək.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

"BMT Təhlükəsizlik Şurası cümə günü səhər İran-İsrail məsələsini müzakirə edəcək", - məlumatda deyilir.

Qeyd edilib ki, görüş Tehranın xahişi ilə keçiriləcək.