Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşdakı "Azərbaycan" məhəlləsi ilə bağlı paylaşım edib. 

"Unikal" xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün zəlzələ bölgəmizdə Can Azərbaycanın dəstəyi ilə inşa edilən "Azərbaycan" məhəlləmizdə mənzillər də daxil olmaqla, 49.056 iş yeri və yaşayış yerini haqq sahibi vətəndaşlarımıza təhvil veririk.

Beləliklə, təhvil verdiyimiz evlərin ümumi sayını 250 minə çatdırırıq".

Qeyd edək ki, bu gün sözügedən məhəllənin Azərbaycan və Türkiyə liderlərinin iştirakı ilə açılacağı bildirilir. 

Ağarza Elçinoğlu