19 iyunda keçirilən sertifikatlaşdırma prosesində Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə iki müəllim maksimum (60 bal) nəticə göstərib.

"Unikal" xəbər verir ki, Masallı şəhəri N.Nərimanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Azad Mustafayev maksimum bal toplayıb.

Cəlilabad şəhəri Ş.İ.Xətai adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Rəvan İmanov da eyni nəticə göstərib.