ABŞ-da təşkil olunan klublararası dünya çempionatının qrup mərhələsində ikinci turun oyunları keçirilib.
"Unikal" xəbər verir ki, B qrupunda iki qarşılaşma gerçəkləşib.
İspaniyanın “Atletiko Madrid” komandası ABŞ-ın “Sietl Saunders” klubuna 3:1 hesabı ilə qalib gəlib.
Turnirin maraqlı mübarizə şəraitində baş tutan görüşlərindən biri də A qrupunda ABŞ-ın “İnter Mayami” və Portuqaliyanın “Porto” kollektivləri arasında keçirilib. Matç argentinalı ulduz Lionel Messinin komandasının qələbəsi ilə yekunlaşıb – 2:1.