21 iyul – 5 sentyabr 2025-ci il tarixlərində Amazon Web Services (AWS)-in texnoloji dəstəyi ilə keçiriləcək “DataMinds Azercell” bootcamp proqramı tələbələrin data və süni intellekt sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlib.

"Unikal" xəbər verir ki, təlimlər "Azercell"in Data və AI komandasında çalışan ekspertlər tərəfindən aparılacaq və DataOps, MLOps və Generativ AI sahələrini əhatə edəcək. 

Proqrama STEM ixtisasları üzrə təhsil alan 3-cü, 4-cü, 5-ci kurs bakalavr və magistratura tələbələri link üzərindən müraciət edə bilərlər. Qeydiyyat üçün son tarix: 27 iyun 2025-ci il. 

Namizədlər üç mərhələli seçim prosesindən – proqram tələblərinə uyğunluq, dil və texniki bacarıq testləri, müsahibə – keçərək qiymətləndiriləcək.

Proqramı uğurla tamamlayan iştirakçılar sertifikatla təltif olunacaq və Azercell-də data və süni intellekt sahəsi üzrə təcrübə və iş imkanları əldə edəcəklər. 

Ətraflı məlumat üçün: [email protected]