ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiven Uitkoff deyib ki, İsrail və İran arasında müharibə başa çatıb.
"Unikal" xəbər verir ki, onun sözlərini "The New York Post" (NYP) sitat gətirib.
"Heç kim bir-birinə atəş açmır. Bitdi", - rəsmi ifadə edib.
Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri qeyd edirlər ki, hər iki tərəfin pozuntular barədə iddialarına baxmayaraq, İran və İsrail arasında atəşkəs davam edir.