ABŞ prezidenti, respublikaçı Donald Tramp “Amerikanın səsi” radiosunu məhv edilməsinə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə o, “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Niyə bir respublikaçı "demokratların ruporu"nun - "Amerikanın Səsi"nin mövcudluğunu davam etdirməsini istəməlidir?" – deyə Tramp sual ünvanlayıb.

O, radiostansiyanı "solçu fəlakətli layihə" adlandırıb və Respublikaçılar Partiyasının tərəfdarlarını onun qorunub saxlanmasına səs verməməyə çağırıb.