"Ermənistan yaxın vaxtlarda Azərbaycanla yeni müzakirələr apara bilər". 

"Unikal" xəbər verir ki,  bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.

"Biz sülh müqaviləsini imzalamağa hazırıq. Yəqin ki, hamınızın bildiyi sonuncu müzakirə iki ölkə liderlərinin Tirandakı görüşü olub, biz inanırıq ki, yaxın gələcəkdə Azərbaycan tərəfi ilə yeni müzakirələr aparmaq mümkün olacaq",  - rəsmi əlavə edib. 

Gülayə Mecid