Yardımlı rayonunda xaş-xaş kolları məhv edilib.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Alar kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 1650 kiloqram olan 9 min 200 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.