Qusarda avtoqəza zamanı xəsarət alan şəxslərin şəxsiyyəti bilinib.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, yaralıların beşi Pakistan və ikisi Azərbaycan vətəndaşlarıdır.
Pakistan vətəndaşları: Muneeb Rahman, Jagdesh Kumar, Avinash Avinash, Raza Aleem və Umair Rafique.
Azərbaycan vətəndaşları: Sahil Rüstəmov və onun bacısı Günay Məmmədovadır.
***16:22
Qusar rayonunda yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, Qusar-Şahdağ avtomobil yolunun rayonun Çiləgir kəndi ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər Azərbaycan, 5 nəfər isə Pakistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
Asiman Qaraca