Türkiyə milli komandasının baş məşqçisi Vinçenso Montellanın Türkiyə Futbol Federasiyası ilə 2026-cı ilin iyununda başa çatacaq müqaviləsinin müddətini daha iki müddətinə uzatdığı bildirilir.

"Unikal" xəbər verir ki, 51 yaşlı italiyalı mütəxəssis 2023-cü ilin sentyabrından "ay-ulduzlular"ı çalışdırır.

Montellanın rəhbərliyi ilə Türkiyə millisi keçirdiyi 23 oyunda 12 qələbə qazanıb, 4 dəfə heç-heçə edib və 7 dəfə məğlub olub, AVRO-2024-də 1/4 finala çıxıb.