Qusarda avtoqəza zamanı xəsarət alan şəxslərin şəxsiyyəti bilinib.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, yaralıların beşi Pakistan və ikisi Azərbaycan vətəndaşlarıdır. 

Pakistan vətəndaşları: Muneeb Rahman, Jagdesh Kumar, Avinash Avinash, Raza Aleem və Umair Rafique.

 Azərbaycan vətəndaşları: Sahil Rüstəmov və onun bacısı Günay Məmmədovadır.

***16:22

Qusar rayonunda yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, Qusar-Şahdağ avtomobil yolunun rayonun Çiləgir kəndi ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər Azərbaycan, 5 nəfər isə Pakistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Asiman Qaraca