Türkiyə Futbol Federasiyası (TFF) A milli komandanın baş məşqçisi Vinçentso Montella ilə müqavilənin müddətini uzadıb.
"Unikal" TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəxssis üçün imza mərasimi təşkil olunub. Yeni anlaşmaya əsasən, 51 yaşlı çalışdırıcı 2028-ci ilin iyul ayınadək “ay-ulduzlular”ın sükanı arxasında olacaq.
Qeyd edək ki, 2023-cü ilin sentyabr ayından Türkiyə millisinə başçılıq edən Vinçentso Montellanın əvvəlki müqaviləsinin müddəti gələn ilin yayında başa çatmalı idi.