“Sabah” müdafiəçi Sofian Çakla ilə yollarını ayırıb.

Klubdan "Unikal"a verilən məlumata görə, mərakeşli futbolçunun mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Çakla 2023-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə keçirdiyi 71 oyunda 5 qol vurub.