Ordubad rayonunda Ələhi kənd orta məktəbinin direktoru 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlu yük avtomobilinin altında qalaraq həyatını itirib.

"Unikal"ın əldə etdiyi məlumata görə, A.Yusibov AZAL-ın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarəsinin mərhum bələdçisi, Milli Qəhrəman Hökumə Əliyevanın bibisi oğludur.

Qeyd edək ki, hadisə Ordubad rayonu Nürgüt kəndində baş verib. A.Yusibov Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Murad İbrahimli