Rusiyada 20 il əvvəl törətdiyi qətlə görə federal axtarışda olan azərbaycanlı saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, saxlanılan şəxs 2005-ci ilin fevral ayında Tosnenski rayonunun Nikolskoye kəndinin Pervomayskaya küçəsində yerləşən kafedə olarkən başqa qonaqla münaqişə edib.Dava zamanı o, bıçağı götürərək rəqibinə ölümcül yaralar vurub, bundan sonra hadisə yerindən qaçıb. İz hələ isti ikən cinayətin üstünü açmaq mümkün olmayıb.
48 yaşlı Azərbaycan vətəndaşı hüquq-mühafizə orqanlarından gizlənərək sənədlərini dəyişməkdə və uzun müddət saxta adla yaşamaqda ittiham olunur.