Rusiya Milli Qvardiyasının rəhbərinin keçmiş birinci müavini Viktor Striqunov vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətxorluq ittihamı ilə saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.
Məlumata görə, Striqunov 2020-ci ilin yanvarında Rusiya Milli Qvardiyasının rəhbərinin birinci müavini vəzifəsinə başlayıb. Bundan əvvəl o, Milli Qvardiyanın Sibir dairəsinin qoşunlarına komandanlıq edib. 2017-ci ildə məmur general-polkovnik rütbəsi alıb.
Gülayə Mecid