Rusiyanın xüsusi nümayəndələrinin "Sukhoi Superjet" təyyarəsi Moskvadan Bakıya uçub.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Qeyd olunub ki, Rusiya liderinin Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün göndərdiyi xüsusi qrup bu gün Bakıya gəlib. 

Moskva ilə Bakı arasındakı münasibətlərdə yaranmış vəziyyəti həll etmək üçün danışıqlar aparmalı olan şəxsin Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov olduğu iddia edilir.

Onu da deyək ki, Rusiya tərəfi nazirin Bakıya Beynəlxalq Mülki Müdafiə Təşkilatının icraiyyə şurası və baş assambleyasının iclasında iştirak etmək üçün səfər etdiyini açıqlayıb. 

Ağarza Elçinoğlu