235-ci Qarnizon Hərbi Məhkəməsi Rusiya Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisinin keçmiş müavini Xəlil Arslanovu general-polkovnik rütbəsindən və mükafatlarından məhrum edib.
"Unikal" xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Arslanov radiostansiyaların təchizatı zamanı mənimsəmə faktına görə cəzalandırılıb. Mükafatlarından və hərbi rütbəsindən məhrum edilməklə yanaşı, o, 24,5 milyon rubl məbləğində cərimə olunub.
*** 19:19
Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini general-polkovnik Xəlil Arslanov 17 il müddətinə azadlıqdan məhrum edilib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Məhkəmə Arslanov X.A.-nı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi ilə təqsirli bilib və ona 17 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkib”, - məlumatda deyilir.
Arslanov rüşvətin iki misli məbləğində cərimələnib, cərimə 24 milyon rubldan çox olub.
General-polkovnik Arslanov 2020-ci ildə saxlanılıb. İş üzrə təqsirləndirilən şəxslər arasında Rusiya Silahlı Qüvvələrinin komandanlıq və idarəetmə sisteminin texniki bazasının təkmilləşdirilməsi üzrə tədarük şöbəsinin keçmiş rəisi, polkovnik Pavel Kutaxov və keçmiş hərbi nümayəndə İqor Yakovlev də var.
İstintaqın məlumatına görə, onlar yalnız Rusiyada yığılan, lakin Çində istehsal olunan marşrutlaşdırıcıları və digər avadanlıqları 1,6 milyard rubla alıblar. Lakin bu avadanlıqlar Rus istehsalçıları tərəfindən hazırlanmış kimi göstərilib.