Məhkəmə "Sputnik Azərbaycan"ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovu həbsdə saxlayıb.
"Unikal" xəbər verir ki, bu gün məhkəmədə İqor Kartavıx və Yevgeni Belousovun vəkillərinin həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verdiyi apellyasiya şikayətlərinə baxıb. Vəkillərin apelyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərarı qüvvədə qalıb.
Qeyd edək ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə İqor Kartavıx və Yevgeni Belousov dörd ay müddətinə həbs olunublar.
Onlara Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) , 192.2.2-ci (Qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 192.2.3-cü (Qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) maddələri üzrə ittiham elan olunub.