“Ənsar Allah” hərəkatından olan yəmənli husilərin ticarət gəmisinə hücumu nəticəsində iki nəfər yaralanıb, daha iki nəfər itkin düşüb.
"Unikal" xəbər verir ki, bu barədə “Reuters” agentliyi dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış Britaniya şirkətinə istinadla məlumat yayıb.
Yəmənin Qırmızı dənizdəki Hudeyda limanından 49 dəniz mili cənub-qərbdə baş verən hadisə nəticəsində gəminin mühərrikləri zədələnib.
Husilərin yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya daha əvvəl “Ənsar Allah” hərəkatının hücumuna məruz qalan “Magic Seas” yük gəmisinin Qırmızı dənizdə batdığını bildirib.