İsrailin baş naziri Benyamin Netanyahu Donald Trampa Nobel Sülh Mükafatına namizədliyi üçün müraciət edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu  barədə Vaşinqtonda ikitərəfli görüşdə məlumat verib. 

"Cənab prezident, Nobel Mükafatı Komitəsinə göndərdiyim məktubu sizə təqdim etmək istəyirəm. Onlar sizi sülh mükafatına namizəd göstəriblər, bu, çox layiqdir və siz onu almalısınız", - Netanyahu bildirib.

İsrailin baş nazirinin sözlərinə görə, təşəbbüs Donald Trampın beynəlxalq arenada sülhün təşviqinə verdiyi töhfənin tanınmasına yönəlib. Xüsusilə, bu, ABŞ-nin İsraillə bir sıra ərəb ölkələri arasında münasibətləri normallaşdırmaq səylərinə aiddir.

Qeyd edək ki,  Netanyahu Qəzzada atəşkəsi müzakirə etmək üçün ABŞ-də səfərdədir.