"Apple"ın əsas süni intellekt inkişafı lideri Ruoming Pang şirkəti tərk edərək "Meta" çalışmağa başlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, səbəb Mark Zukerberqin şirkətinin milyonlarla dollarlıq maliyyə təklifi olub.
"Apple"da Pang süni intellektə əsaslanan modellər hazırlayan təxminən 100 nəfərdən ibarət komandaya rəhbərlik edirdi. Komandanın işi avtomatlaşdırılmış e-poçt xülasələri, prioritet bildirişlər və emoji yaratma (Genmoji) kimi "Apple Intelligence" xüsusiyyətlərini dəstəkləyir.
"Meta" Panga ildə on milyonlarla dollar dəyərində müqavilə təklif edib. Bu, Mark Zukerberqin digər şirkətlərdən, o cümlədən OpenAI, Anthropic və Scale AI daxil olmaqla, çox böyük maaş paketləri ilə ən yaxşı istedadları aqressiv şəkildə işə cəlb etmək strategiyasının bir hissəsidir.
Mənbələrin fikrincə, əsas mütəxəssisin getməsi təkcə pulla bağlı olmaya bilər.
Gülayə Mecid