Birləşmiş Ərəb Əmirliklərinin magistral yollarından birində sürücüləri musiqili sürpriz gözləyir. Belə ki, yolun bir hissəsinə quraşdırılan unikal dizayn avtomobillə hərəkət edərkən Lüdviq van Bethovenin "Doqquzuncu Simfoniyası"nı ifa etməyə şərait yaradır. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Əl-Füceyrə əmirliyindəki E84 magistralının sağ zolağında xüsusi relyef zolaqları var. Maşın hərəkət edərkən təkərlər məşhur "Ode to Joy"un melodiyasını təşkil edən vibrasiya yaradır.

Bu layihə incəsənətin gündəlik həyatda təbliğinə yönəlmiş beynəlxalq musiqi küçəsi təşəbbüsünün bir hissəsidir. 

Qeyd edək ki, dünya musiqi tarixinin ən önəmli əsərlərindən biri hesab olunan Bethovenin “Doqquzuncu Simfoniyası” bu gün də öz aktuallığını qoruyur. Simfoniyanın “Sevinc üçün qəzəb” adlı final hissəsi konsert salonlarından tutmuş filmlər və reklamlara qədər geniş şəkildə istifadə olunur.

Gülayə Mecid