Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov keçmiş nəqliyyat naziri Roman Starovoytun ölümünü “şokedici hadisə” kimi dəyərləndirib.

"Unikal" xəbər verir ki, Kremlin sözçüsü bu barədə brifinqdə deyib. 

Xatırladaq ki, Starovoytun meyiti Moskva ətrafında, Tesla markalı avtomobilində aşkarlanıb. İstintaqın əsas versiyasına görə, o intihar edib.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin iyulun 7-də Starovoytun vəzifədən azad olunması ilə bağlı sərəncam imzalamışdı.  

Gülayə Mecid